REGİONLAR


Göyçay rayonunda Nizami Gəncəvinin 875 illik yubileyi qeyd olunub

Göyçay, 12 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, “Şair dühasının sönməz işığı” adlı ədəbi-bədii gecənin iştirakçıları əvvəlcə Göyçay rayon Mərkəzi Kitabxanasında dahi söz ustadı ilə bağlı hazırlanmış kitab və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub. Sonra şairə həsr edilən video slayd nümayiş etdirilib.

Yubiley tədbirində çıxış edənlər görkəmli şairin zəngin həyat yolu və yaradıcılığından söhbət açıblar. Natiqlər N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışıblar. Bildirilib ki, Nizami Gəncəvinin yaşadığı illər, qələmə aldığı poemalar 800 il bundan əvvəl Şərq, o cümlədən Azərbaycan intibahının qızıl səhifələrini təşkil edir. O, bəşəriyyətin bədii söz aləminə "Xəmsə” adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaradıb.

Yubiley gecəsində orta məktəb şagirdləri Nizami Gəncəvinin qəzəllərini söyləyib, skripkaçı Gəray Məmmədli böyük şairin “Sənsiz” romansını, kitabxananın əməkdaşı Arzu Rəhimova isə tarın müşayiəti ilə “Sevgili canan” romansını ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.