İQTİSADİYYAT
Göyçay rayonunun elektrik şəbəkəsi yenilənir
Bakı, 27 avqust (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Göyçay rayonunda payız-qış mövsümü üçün nəzərdə tutulan tədbirlər planı ardıcıllıqla yerinə yetirilir.
İyun-iyul aylarında “Göyçay” yarımstansiyasının Çərəkə, Müskürlü, Kürdəmiş, Cəyirli, Çayarxı, Hacılıkənd, Qarabaqqal və digər kəndləri elektrik enerjisi ilə təmin edən xətlərdə əsaslı və cari təmir işləri həyata keçirilib. Rayon üzrə 106 qüsurlu sayğac dəyişdirilib və 74 yeni sayğac quraşdırılıb. “Göyçay” Elektrik Şəbəkəsi Müəssisəsinin xidməti ərazisində küləkli və yağışlı havalarda baş verən qəzalar operativ şəkildə aradan qaldırılıb.