REGİONLAR


Göyçayda 37 min tondan çox taxıl istehsal edilib

A+ A

Göyçay, 12 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, biçin üçün sahələrə 53 kombayn və eyni sayda yük maşını cəlb olunub. Göyçaylı fermerlər bu il öz təsərrüfatlarında 13 min 880 hektar sahədə taxıl becəriblər. Bu da ötən ildəkindən 124 hektar çoxdur. Taxıl sahələrinin 6872 hektarını buğda, 7008 hektarını arpa təşkil edir.

Biçin kampaniyasını vaxtında başa çatdıran göyçaylı fermerlər sahələrdən 37 min 67 ton taxıl tədarük ediblər. Rayonda məhsuldarlıq orta hesabla 26,7 sentner olub. Ötən il isə Göyçayda 13 756 hektar sahədən 36 408 ton taxıl istehsal edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.