REGİONLAR


Göyçayda KİV nümayəndələri ilə görüş

A+ A

Göyçay, 21 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyulun 21-də milli mətbuatımızın yaradılmasının 141 illiyi münasibətilə Göyçay Rayon İcra Hakimiyyətində jurnalistlərlə görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Görüşdə milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən söz açılıb. Bildirilib ki, əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan vermək olan “Əkinçi” qəzeti öz fəaliyyəti dövründə milli şüurun formalaşmasında mühüm rol oynayıb.

Qeyd olunub ki, kəşməkəşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyevin qayğısını həmişə hiss edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarəti mexanizmi yoxdur. Mətbuat tam sərbəst, müstəqil şəraitdə öz fəaliyyətini qurub və bu prinsiplərlə də inkişaf edir.

Mətbuat nümayəndələri çıxışlarında hər bir jurnalistin, ilk növbədə, vətənpərvər olmasının vacibliyini önə çəkiblər. Jurnalistlər Azərbaycan mətbuatının 141 illik şanlı yoluna nəzər salıb, ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə KİV-in inkişafına daim diqqət və qayğı göstərməsindən bəhs ediblər.

Sonda media nümayəndələrinə hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.