REGİONLAR


Göyçayda ağsaqqallar və gənclərlə görüş keçirilib

A+ A

Göyçay, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonu Heydər Əliyev Mərkəzində ağsaqqallar və gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkəmizdə gənclərə, eləcə də ahıl insanlara göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə ağsaqqalların fikirləri, qayğı və istəkləri dinlənilib. Ağsaqqallar dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıb, rayonda yaşlı insanların sağlamlığının qorunması, problemlərinin həlli və onların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradıldığını bildiriblər.

Dövlətimizin gənclər siyasətindən də danışan natiqlər qeyd ediblər ki, gənclər cəmiyyətin ən fəal üzvü olmaqla, sağlam ideyaların daşıyıcılarıdır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirir. Onun diqqət və qayğısı nəticəsində bu istiqamətdə ölkəmizdə xeyli iş görülüb, xüsusi proqramlar qəbul edilib. Qeyd olunub ki, rayonda gənclərin sağlamlığı, məşğulluğunun təmin edilməsi və onların asudə vaxtının səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi inşa edilərək gənclərin ixtiyarına verilib. Gənclərə göstərilən diqqət və qayğı sağlam və savadlı gənc nəslin yetişməsinə xidmət edir.

İcra hakimiyyətinin başçısı Mehdi Səlimzadə sualları cavablandırıb, ahıl insanların və gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif sahələr üzrə layihələrin icrası, gənclərin işlə təminatı, intellektual yarışların, bilik və bacarıqların artırılması üçün seminar və kursların keçirilməsi ilə bağlı irəli sürülən təklifləri dinləyib.

Müzakirələr zamanı gənclərə tövsiyələrini verən rayon ziyalıları bildiriblər ki, hər bir gənc dövlətimizə, Vətənimizə sədaqətli olmalı, Azərbaycanın sabitliyi və inkişafının qarantı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisinə öz töhfəsini verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.