REGİONLAR


Göyçayda bu günədək 7717 hektar sahənin taxılı biçilib

Göyçay, 22 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda taxıl biçini kampaniyası uğurla davam edir.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər.

Cari ildə rayonun kəndli fermerləri öz təsərrüfatlarında 14 min 714 hektar sahədə taxıl becəriblər. Bunun 7780 hektarını buğda, 6934 hektarını arpa təşkil edir. Mayın 25-də kəndlərdə taxıl biçininə start verilib və indiyədək rayonda 7717 hektar sahədən məhsul toplanılıb. Bunun 2043 hektarını arpa və 5674 hektarını buğda təşkil edir. Buğda zəmisində hər hektarda orta hesabla məhsuldarlıq 25,3 sentner, arpa sahəsində isə 22,2 sentner olub. Hər gün taxıl biçini üçün sahələrə Göyçay və ətraf rayonlardan müxtəlif markalı 43 kombayn və yük maşını cəlb olunur.

İdarənin rəisi Elçin İsmayılov AZƏRTAC-a bildirib ki, bu il rayonda kombayn çatışmazlığı problemi yoxdur və fermerlərin məhsulu vaxtında biçilərək təhvil veriləcək. Bu məqsədlə dağlıq rayonlarda biçin vaxtı gec olduğu üçün oradakı kombaynlar da Göyçaya cəlb olunub. Hava yağmursuz keçərsə arpa biçini kampaniyasının iyunun 30-dək, buğda biçininin isə iyulun ortalarınadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, taxıl sahələrində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bu il bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötənildəkindən daha çox olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.