REGİONLAR
Göyçayda dini maarifləndirmə tədbiri keçirilib
Göyçay, 3 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçayda “Sülh aylığı” çərçivəsində “İslamda sülh və tolerantlıq” mövzusunda tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak edib.
Göyçay şəhərinin “Mərkəzi məscid” dini icmasının sədri Müşviq Əsgərov tədbirdə çıxış edərək bildirib ki, həyata keçirilən maarifləndirmə xarakterli bu kimi tədbirlər İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardım edir.
Daha sonra komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov çıxış edərək, sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin edilməsi üçün görülən işlərdən söz açıb.
Çıxışlarda bu cür görüşlərin dini maarifləndirmə baxımından əhəmiyyəti yüksək qiymətləndirilib.