REGİONLAR


Göyçayda ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər

A+ A

Göyçay, 22 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Noyabrın 22-də Göyçay rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayon prokurorluğunun, vətəndaşların qeydiyyatı şöbəsinin, məhkəmənin, notariat kontorunun və regional ədliyyə idarəsinin kollektivi əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Bayram münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edənlər ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib. Natiqlər Azərbaycanın ədliyyə və məhkəmə sisteminin yaranma və inkişaf tarixindən danışıb, ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, bu sahədə böyük nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıblar.

Çıxış edənlər son illər ədliyyə orqanlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.