REGİONLAR


Göyçayda əmək yarmarkasında işsiz vətəndaşların məşğulluğu təmin edilib

A+ A

Göyçay, 8 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, Göyçay Regional Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə çıxış edən Göyçay rayon Məşğulluq Mərkəzinin direktoru Namiq İsmayılov, rayon icra hakimiyyətinin məsul işçisi Rauf Zeynalov əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Sonra əmək yarmarkasında iştirak edən vətəndaşlara 15 müəssisə və təşkilat tərəfindən 126 boş iş yeri təqdim olunub. İş təqdim edən müəssisələrdən 9-u dövlət, 6 özəldir. Boş iş yerlərinə görə 120-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 178 nəfər işaxtaran vətəndaşdan 41-i öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, istehsal və emal sahələrində, xidmət təşkilatlarında, tikinti sahəsində işlə təmin olunublar.

Həmçinin əmək yarmarkasında 36 nəfərə peşə hazırlığı kursuna göndəriş verilib. Qarşıdakı günlərdə boş qalmış 137 yerə işçi göndərilməsi üçün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 2254 nəfər işaxtaran vətəndaş qeydiyyatdan keçib. İşsiz insanlardan 852 nəfəri öz istəyinə və ixtisasına uyğun işlə təmin olunub ki, onlardan 220 nəfəri qadındır. Həmçinin 153 nəfərə işsizlik statusu verilərək müavinət ödənilib, 355 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.