REGİONLAR


Göyçayda keçirilən ali məktəblərə qəbul imtahanları uğurla başa çatıb

Göyçay, 22 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də Göyçay rayonunda 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 2 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 saylı orta məktəbdə təşkil olunan imtahanlarda, ümumilikdə, 1255 abituriyent iştirak edib.

İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 96 nəzarətçi-müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliyini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu və İsmayıllıdan olan abituriyentlər müvafiq sənədləri - şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.

İmtahanlar nəzərdə tutulan qaydalara uyğun saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə hər fənnən 25 test tapşırığı olmaqla, ümumilikdə, 125 test tapşırığı təqdim olunub.

DİM-in Göyçay regional bölməsindən bildirilib ki, hər iki mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri, nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.