REGİONLAR


Göyçayda keçirilən qəbul imtahanları uğurla başa çatıb

A+ A

Göyçay, 23 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Göyçay rayonunda 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

TQDK-nın Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 2 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1 saylı orta məktəbdə təşkil olunan bu imtahanlarda 1320 abituriyent iştirak edib.

İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və 102 nəzarətçi-müəllim ayrılıb. İmtahan mərkəzlərində abituriyentlərə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. TQDK-nin Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayondan - Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, İsmayıllıdan abituriyentlər müvafiq sənədləri - şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etdikdən sonra imtahana buraxılıblar.

İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib. Abituriyentlərə hər fəndən 25 sual olmaqla, 125 test tapşırığı təqdim olunub. II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili fənlərindən, III ixtisas qrupunda isə riyaziyyat, tarix və ana dili fənlərindən son 4 sual açıq tipli test tapşırıqları olub.

TQDK-nın Göyçay regional bölməsindən bildirilib ki, hər iki mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri və nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.