REGİONLAR


Göyçayda narkomaniya əleyhinə tamaşa alqışlarla qarşılanıb

A+ A

Göyçay, 4 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Röyal Cəbiyevin layihəsi əsasında hazırlanan "Kəndə teatr gəlib" adlı tamaşanın Göyçay rayonunda premyerası olub.

AZƏRTAC xəbər verir ki, Rəsul Rza adına Göyçay rayon mədəniyyət evində təqdim olunan və narkomaniyaya qarşı mübarizəyə, gənclərin pis vərdişlərdən uzaq olmasına həsr edilən tamaşa gənc rejissor Röyal Cəbiyevin rəhbərliyi ilə hazırlanıb. İlk dəfə Göyçayda səhnəyə qoyulan "Kəndə teatr gəlib" tamaşası gənclərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Sonda tamaşanı nümayiş etdirən yerli gənc aktyorlara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.