REGİONLAR
Göyçayda ötən 6 ayda 535 nəfər işlə təmin edilib
Göyçay, 7 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
2017-ci ilin ilk 6 ayı ərzində Göyçay Rayon Məşğulluq Mərkəzinə 1423 nəfər işaxtaran vətəndaş müraciət edib, onların işlə təmin olunması üçün lazımi işlər görülüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərin 535 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onlardan 145-i qadın, 190-ı kişidir. Vətəndaşlar əsasən istehsal müəssisələri, tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, mağaza və restoranlarda, abadlaşdırma, binaların təmiri və kommunal təsərrüfat sahələrində işlə təmin ediliblər.
Bundan əlavə, məşğulluq mərkəzi işaxtaran vətəndaşları peşə hazırlığı kurslarına cəlb edib, 92 nəfərə işsizlik statusu verib, müavinət ödənilib, 18 nəfər ictimai işlərə, 282 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.
Sentyabr ayında rayonda növbəti əmək yarmarkası keçiriləcək.