REGİONLAR


Göyçayda qaydaları pozan sürücülər barədə inzibati tədbir görülüb

A+ A

Göyçay, 13 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

AZƏRTAC xəbər verir ki, avqustun 13-də Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin bir neçə küçəsində keçirilən reyddə avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin arxa və yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 70-dən çox avtomobil saxlanılıb, yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib. Müxtəlif qayda pozuntularına görə, ümumilikdə, 25 sürücü barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.