REGİONLAR


Göyçayda referenduma hazırlıq işləri uğurla davam etdirilir

A+ A

Göyçay, 29 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Sentyabrın 26-da keçiriləcək referendumla bağlı 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyaları və onların əhatə etdiyi məntəqə seçki komissiyaları tərəfindən aparılan hazırlıq işləri uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, referendumun tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün seçki məntəqələri lazımi texniki avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz rabitə və elektrik sistemi ilə təchiz olunub. Səsvermə kabinələri quraşdırılıb, seçki qutuları və lazımi inventar avadanlıqlar gətirilib, seçici siyahıları və məlumat lövhələri asılıb. Hazırda referendumun keçirilmə vaxtı və seçki məntəqələrinin yeri barədə bildirişlər yazılır və yaxın günlərdə seçicilərə paylanılacaq. Bundan əlavə, dairə seçki komissiyaları tərəfindən yerli müşahidəçilərin qeydiyyatı da aparılır.

88 saylı Göyçay DSK-nın sədri Eldəniz Həmidov bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, ümumilikdə, 43 seçki məntəqəsində 40 min 900 seçici qeydiyyata alınıb.

89 saylı Göyçay-Ağdaş DSK-nın sədri Nizam Məhərrəmovun verdiyi məlumata görə isə, bu dairədə 36 seçki məntəqəsi üzrə 39 min 4 seçici qeydiyyatdadır.

Həmçinin avqustun 22-dən 24-dək 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün referendumla bağlı ixtisaslaşdırılmış kurslar təşkil edilib. Bu günlərdə isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirmə xarakterli kurslar təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.