REGİONLAR


Göyçayda taxıl səpinində keyfiyyətli buğda və arpa sortlarından olan toxumlara üstünlük verilir

A+ A

Göyçay, 29 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını uğurla davam etdirirlər.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gələn ilin məhsulu üçün 14 min 200 hektara yaxın sahədə taxıl səpininin aparılması nəzərdə tutulur. Artıq bu günədək 13 min 600 hektarda şum çıxarılıb və hazırda işlər davam etdirilir. İndiyədək 11 min 700 hektar sahəyə taxıl səpilib. Rayonun taxılçıları buğda səpinini dekabrın 10-dək başa çatdırmağı nəzərdə tuturlar.

Göyçayda səpin kampaniyasının səmərəli başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilib. Həmçinin kifayət qədər toxum və mineral gübrə də tədarük olunub.

Rayon Bitkilərin Mühafizəsi Mərkəzindən verilən məlumata görə, taxıl səpini ərəfəsində fermerlər və torpaq mülkiyyətçiləri maarifləndiriliblər. Onlara bildirilib ki, bol məhsulun əsası sağlam, keyfiyyətli və yüksək repreduksiyalı toxumdan başlayır. Bu il rayonda aparılan taxıl səpini kampaniyasında əsasən keyfiyyətli sortlar hesab olunan “Elit-1”, “Qobustan”, “Azəri”, “Aran”, “Əzəmətli” buğda, “Qarabağ”, “Cəlilabad-19” arpa toxumlardan istifadə olunur. Həmçinin səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılır, şum altına fosfor və amafos gübrəsi verilir.

Qeyd edək ki, cari ildə Göyçayda 13 min 880 hektar sahədən 37 min 67 ton taxıl tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.