CƏMİYYƏT


Göyçayda ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçiriləcək

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 3-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair seminar keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, saat 10:00-da keçiriləcək iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanının yeni modelinə dair məruzə ilə çıxışı nəzərdə tutulub.

TQDK-nın şöbə müdiri Afiqə Batıyevanın moderatorluğu ilə Azərbaycan dili fənni üzrə keçiriləcək seksiya iclasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında çıxış edəcək.

Seminar çərçivəsində TQDK-nın şöbə müdiri Oleq Şelaqinovun moderatorluğu ilə keçiriləcək riyaziyyat fənni üzrə seksiya iclasında isə komissiyanın sektor müdiri Aydın Qasımovun buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları haqqında məruzəsi dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.