REGİONLAR


Göyçayda valideyn himayəsindən məhrum olan və əlil uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Göyçay, 14 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində S.Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələrin övladları və əlil uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Uşaqlar bizim gələcəyimizdir” adlı mərasimdə “AzNar” QSC-nin icraçı direktoru Fərəc Əhmədov çıxış edərək internat məktəbində təlim-tərbiyə və təhsil alan 200 şagird üçün qış geyimləri, yataq dəstləri, məktəbin yataqxanası üçün 12 ədəd elektrik qızdırıcısı, ərzaq məhsulları, eləcə də meyvə şirələri hədiyyə edildiyini bildirib. Fərəc Əhmədov fiziki imkanları məhdud olan və valideyn himayəsindən məhrum uşaqlara rəhbərlik etdiyi şirkət tərəfindən həmişə yüksək diqqət və qayğı göstərildiyini bildirib. O, rayonda bu cür xeyriyyə tədbirlərinin davam etdiriləcəyini deyib.

İnternat məktəbinin müəllimləri rayonda xeyriyyə tədbirlərinin mütəmadi olaraq təşkil edilməsindən məmnunluqlarını bildiriblər.

Soyuq qış günlərində şagirdlər üçün paltar və ayaqqabıların, elektrik qızdırıcılarının və qalın yataq dəstlərinin hədiyyə edilməsi məktəbin kollektivinin böyük sevincinə səbəb olub.

Sonra uşaqlar üçün bayram süfrəsi təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.