REGİONLAR


Göyçayın Şəkər kəndinə təbii qazın verilməsi sakinlərin bayram əhval-ruhiyyəsini daha da artırıb VİDEO

Göyçay, 23 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunun daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, rayonun Şəkər kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1026 metr polietilen və 26 min 786 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 307 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Kənd ağsaqqalları, ziyalılar çıxış edərək soyuq qış günlərində, eləcə də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.

Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Qeyd edək ki, hazırda Göyçay rayonunun Çaxırlı, Ləkçılpaq və Çərəkə kəndlərinin qazlaşdırılması üçün tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.