REGİONLAR


Göyçayın daha bir kəndinə təbii qaz verilib

A+ A

Göyçay, 10 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçayın daha bir ucqar yaşayış məntəqəsinə uzun illər fasilədən sonra təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 10-da rayonun Bəydövül kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək kənd sakinlərini uzun illərdən sonra təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik edib.

Tədbirdə məlumat verilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1617 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 min 406 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kənddə 298 abonent “mavi yanacaq”la təmin olunub. Bütün evlərə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Kənd ağsaqqalları, ziyalılar çıxış edərək soyuq payız günlərində əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.

Sonra kəndə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Qeyd edək ki, hazırda Göyçay rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər və Çərəkə kəndlərininin qazlaşdırılması üçün tədbirlər görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.