REGİONLAR


Göyçayın daha iki kəndinə təbii qaz verilib

A+ A

Göyçay, 19 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Uzun fasilədən sonra Göyçay rayonunun daha iki yaşayış məntəqəsinə - Yalman və Mırtı kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 kilometrdən çox uzunluğu olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin kənddə əsl bayrama çevrildiyini bildiriblər.

Sonra kəndə təbii qazın verildiyini bildirən rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkib, “mavi yanacağ”ın təzyiqini yoxlayıblar.

Qeyd edək ki, hazırda Göyçay rayonunun daha 9 yaşayış məntəqəsinin – Çaxırlı, Ləkçiplaq, Şəkər, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərinin qazlaşdırılması işləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.