REGİONLAR


Göyçaylı fermerlər 41 min tondan çox taxil tədarük ediblər

Göyçay, 6 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb.

Göyçay rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürüblər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər.

Cari ildə rayonun kəndli fermerləri 14 min 617 hektar sahədə taxıl becəriblər. Bunun 7543 hektarını buğda, 7074 hektarını arpa təşkil edir. Mayın 25-də kəndlərdə taxıl biçininə start verilib və iyulun 5-dək rayonda 41 min 220 ton məhsul toplanılıb. Rayonda taxıl sahəsinin hər hektarında orta hesabla məhsuldarlıq 28,2 sentner olub. Hər gün taxıl biçini üçün sahələrə Göyçay və ətraf rayonlardan 43 müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda kombayn çatışmazlığı problemi olmayıb, fermerlərin məhsulu vaxtında biçilərək onlara təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.