REGİONLAR
Göyçaylı fermerlər indiyədək 80 ton pambıq toplayıblar
Göyçay, 3 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçaylı fermerlər 11 illik fasilədən sonra ilk dəfə becərdikləri pambığın yığımını uğurla davam etdirirlər. Sahələrdən “ağ qızıl”ın toplanılması üçün bütün qüvvələr səfərbər olunub.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə göyçaylı fermerlər də həvəslə qoşulublar. Cari ildə Göyçayın 16 kəndində ilk dəfə olaraq 200 hektar sahədə pambıq əkini aparılıb.
Hazırda kəndlərdə pambıq yığımı davam etdirilir. Bu günədək tarlalardan 80 tondan çox pambıq yığılıb. Fermerlər dövlətin yardımından bəhrələnərək gələn il rayonda 1000 hektar sahədə pambıq əkini aparmağı planlaşdırırlar. Bunun üçün hazırlıq işləri görülür, istifadəsiz qalan boş torpaq sahələrinin əkinə cəlb edilməsi nəzərdə tutulur.