REGİONLAR
Göyçaylılar qanvermə aksiyasında könüllü surətdə iştirak ediblər
AZƏRTAC xəbər verir ki, rayon mərkəzi xəstəxanasında reallaşan xeyriyyə aksiyasına rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, gənclər həvəslə qoşulublar.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə kömək məqsədilə keçirilən tədbirdə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək istəyən vətəndaşları müayinə edib və onlara müəyyən məsləhətlər verərək qanverməyə hazırlayıblar.
Könüllü qan vermək üçün xəstəxanaya müraciət edən 210 nəfərdən qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.