DÜNYA


Göyərtəsində kimyəvi maddələr olan yapon qəzalı tankeri limana gətirilib

A+ A

Tokio, 1 oktyabr, AZƏRTAC

Yaponiya sahillərində göyərtəsində kimyəvi maddələr olan qəzalı tanker qoşqu vasitəsilə limana gətirilib.

Sahil Mühafizə Xidmətinin yaydığı məlumata görə, tankerdən 30 tondan artıq su çıxarıldıqdan sonra o, normal vəziyyətə gətirilib. Qəza zamanı zərərli maddələrin dənizə sızmasının qarşısını almaq mümkün olub.

Göyərtəsində 400 min ton kaustik soda olan yapon “Yova-maru” tankeri sentyabrın 30-da qəzaya uğrayıb. Limandan çıxdıqdan dərhal sonra gəmiyə su dolmağa başlayıb və onun batma təhlükəsi yaranıb. Xilasedicilər əvvəlcə gəminin heyətini xilas ediblər. Qəza nəticəsində xəsarət alan olmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.