REGİONLAR
Göygöl: Şəhidin medalı ailəsinə təqdim olunub VİDEO
Göygöl, 12 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Göygöl rayonunun Alımədədli kəndindən həqiqi hərbi xidmətə çağırılan Sərxan Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidin medalı ailəsinə təqdim olunub.
Ailənin tək oğlan övladı 19 yaşlı Sərxan Bağırov aprelin 2-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olub.
Tədbirdə əsgərin döyüş yoluna nəzər salınıb, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışılıb, şəhidlərin qanının yerdə qalmayacağına inam ifadə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]