REGİONLAR


Göygöl rayon Mərkəzi Kitabxanasından nəcib addım:  “Siz gələ bilmirsiniz, biz gələrik”

A+ A

Göygöl, 22 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayon Səməd Vurğun adına Mərkəzi Kitabxana “Siz gələ bilmirsiniz, biz gələrik” adlı səyyar kitabxana xidmətinin təşkilinə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk bu cür xidmət Göygöl rayon Kardioloji Sanatoriyada təşkil olunub.

Səhiyyə müəssisəsinin tibbi heyəti və sanatoriyada müalicə alan xəstələr üçün nəzərdə tutulan səyyar kitabxanada mütaliəsevərlərə “Ən çox oxunan ədəbiyyat” başlığı altında detektiv, dünya klassikləri və tibbə dair maraqlı əsərlərdən ibarət ədəbiyyat nümunələri təqdim edilib.

Kitabxana bundan sonra da rayon üzrə müxtəlif idarə, təşkilat və müəssisələrdə səyyar kitabxana xidməti təşkil etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.