REGİONLAR
Göygöl rayonunda 37 min sakin tibbi müayinədən keçirilib
Göygöl, 21 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi tibbi müayinədən keçirilməsi kampaniyası Göygöl rayonunda da uğurla davam edir.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinin müdiri Rauf Abuzərov AZƏRTAC-a deyib ki, Göygöldə tibbi müayinə 8 səhiyyə müəssisəsində aparılır. Bundan başqa mərkəzi rayon xəstəxanasının ixtisaslı həkim briqadaları tərtib olunmuş qrafik əsasında yaşayış məntəqələrində olur, əhali arasında dispanzerizasiyanın əhəmiyyəti barədə təbliğat aparmaqla yanaşı, onların müayinələrini həyata keçirirlər. Artıq bu günədək 50-dən artıq yaşayış məntəqəsində tibbi müayinələr aparılıb. Nəzərdə tutulmiş 45 min 311 nəfər sakindən 37 mini müayinədən keçirilib. Onlardan 27 nəfəri Bakıya, 54 nəfəri Gəncəyə müalicəyə göndərilib. 5 minədək sakinə isə ambulator müalicə təyin edilib.