CƏMİYYƏT


Göygöl rayonunda iki partlamamış hərbi sursat aşkarlanıb

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları Göygöl Rayon Polis Şöbəsinin məlumatına əsasən, həmin rayonda yolun kənarında məişət tullantıları yığılan ərazidə iki partlamamış hərbi sursat - “F-1” tipli əl qumbarası aşkar edərək götürüblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentlik tərəfindən aprelin 7-dən dekabrın 13-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində ümumilikdə 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4020 partlamamış hərbi sursat, o cümlədən piyada əleyhinə 15 “PMN”, 3 “POMZ-2”, 2 “OZM-72”, 2 “siqnal” minası və tank əleyhinə 46 mina aşkarlanaraq zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.