REGİONLAR
Göygöl rayonunda süni yolla mayalandırılan mal-qaradan 170 baş cins bala alınıb
Göygöl, 25 iyul, AZƏRTAC
Göygöl rayonunda heyvanların cins tərkibinin yaxşılaşdırılması və bu sahədə yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 96 baş cins mal-qara satılıb.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görülən tədbirlər nəticəsində rayon üzrə cins mal-qaranın sayı 236 başa çatdırılıb. Həmçinin 189 baş mal-qara süni yolla mayalandırılaraq, 170 baş cins bala alınıb.
Hazırda Göygöl rayonda iribuynuzlu mal-qaranın sayı 20 min 18 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 871 baş təşkil edir.
Rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 100,6 ton artaraq 12 min 940,8 tona, ət istehsalı isə 17,9 ton artaraq 2 min 257,3 tona çatıb.