Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Göygöl və Daşkəsən rayonlarında aqrar sektorun inkişaf perspektivləri fermerlərin iştirakı ilə müzakirə edilib

Göygöl, 25 iyun, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyə və tapşırığına müvafiq olaraq, bölgələrdə kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, sahibkarların qayğılarının, təklif və istəklərinin öyrənilməsi, aqrar sektorun inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupu iyunun 24-də Göygöl və Daşkəsən rayonlarında olub.

AZƏRTAC xəbər verir ki, işçi qrupun üzvləri əvvəlcə Göygöl rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə, sahibkarlarla görüşüb, Süni Mayalama Mərkəzində işlərin gedişi ilə maraqlanıblar.

Sonra Göygöl Rayon İcra Hakimiyyətində mütəxəssislərin, fermer və təsərrüfat sahiblərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirəni açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Bildirilib ki, rayonda taxılçılıq, üzümçülük, heyvandarlıq, meyvəçilik, quşçuluq və digər sahələrin dinamik inkişafına nail olunub. Hazırda rayonda bir neçə emal müəssisəsi fəaliyyət göstərir. Lakin bu, heç də son hədd deyil. İstehsalın artırılması, əkin sahələrinin genişləndirilməsi, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması üçün kifayət qədər imkanlar var.

Müşavirədə işçi qrupun rəhbəri Azər Əmiraslanov çıxış edərək, rayonun aqrar və iqtisadi imkanlarını yüksək qiymətləndirib. Bu imkanları daha da genişləndirmək və artırmaq üçün Göygöl rayonunun böyük potensiala malik olduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdıraraq, yeni mərhələdə aqrar sektorun inkişaf istiqamətlərindən danışan A.Əmiraslanov aqrar sahədə inkişafın əsas təməlinin toxumçuluq təşkil etdiyini vurğulayıb, milli toxumçuluq sisteminin yaradılmasının zəruriliyini bildirib.

Kənd təsərrüfatında ənənəvi sahələrin inkişafının yeni prinsiplərindən danışan işçi qrupunun rəhbəri bu istiqamətdə dövlət dəstəyinin gücləndirildiyini, pambıqçılıq və baramaçılıq sahələrinə də subsidiyaların veriləcəyini söyləyib. Həmçinin torpaqlardan səmərəli istifadə edilməsinin, ərzaq idxalının azaldılması istiqamətində ciddi işlərin aparılmasının önəmi vurğulanıb.

Müşavirədə rayonda ənənəvi sahələrlə yanaşı, digər sahələrin də perspektivlərindən bəhs olunub, bu sahələrdə böyük işlərin görülə biləcəyi qeyd edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, təkliflər verilib. Səsləndirilən təkliflər baxılmaq üçün nəzarətə götürülüb.

X X X

İşçi qrupun üzvləri günün ikinci yarısında Daşkəsənə gəlib və fermerlərə məxsus heyvandarlıq və arıçılıq təsərrüfatlarına, əkin sahələrinə baxış keçiriblər.

Sonra sahibkarların və kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə geniş müşavirə olub.

Müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, rayonda 60 min hektara yaxın əkinəyararlı torpaq sahəsi var. Bunun 2500 hektarı əkin, 63 hektarı çox illik bağlar, 10 min hektarı biçənək, 46 min hektarı örüş-otlaq sahələri kimi istifadə olunur. Rayonda 27 min baş iribuynuzlu mal-qara, 102 min başdan çox xırdabuynuzlu davar bəslənilir. Daşkəsəndə kənd təsərrüfatının mövcud vəziyyətini statistik rəqəmlərlə diqqətə çatdıran Əhəd Abıyev gələcəkdə görüləcək işlərdən də danışıb.

Tədbirdə çıxış edənlər rayonda ət və süd emalı müəssisələrinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılmasının vacibliyini bildiriblər. Cır-yabanı giləmeyvələrin emalının və dərman bitkilərinin sənaye üsulu ilə istehsalının qurulması da məqsədəuyğun hesab olunub. Bildirilib ki, arıçılığın inkişafı üçün rayonda münbit şərait var və bu sahənin inkişafı yeni iş yerlərinin açılmasına təkan verə bilər.

Müşavirədə iştirakçılar tərəfindən bir sıra suallar səsləndirilib, təkliflər verilib.

İşçi qrupun rəhbəri Azər Əmiraslanov səslənən təklifləri müsbət dəyərləndirərək qeyd edib ki, bu gün təklif kimi səslənən fikirlər sabah reallığa çevriləcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun, əsasən də kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir və artıq aqrar sahədə yeni mərhələyə qədəm qoyulub. Ölkə üzrə rayonların ixtisaslaşması kənd təsərrüfatının müasir tələblər səviyyəsində və elmi əsaslarla inkişafını təmin edəcək.

Səsləndirilən müraciət və təkliflər qeydə alınıb, suallara aydınlıq gətirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib