REGİONLAR


Göygöldə sərgi: “Hər kitab yeni bir dünyadır”

A+ A

Göygöl, 31 avqust, Rauf Hacıyev, AZƏRTAC

Göygöl şəhər Mərkəzi kitabxanasının uşaq şöbəsi azyaşlı oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə kitabsevərlər üçün “Açıq kitabxana günü” təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə kitabxananın qarşısında “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib.

Sərgidə kitabxananın daimi üzvləri ilə bərabər yeni üzvləri də iştirak ediblər.

Qeyd edək ki, balaca oxucular daha çox illüstrativ materiallarla zəngin olan yeni nəşrlərə üstünlük verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.