İDMAN


Göygöldə ulu öndər Heydər Əliyevin xatirəsinə  həsr olunmuş çempionat keçirilib

Bakı, 10 iyul, AZƏRTAC 

Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş XI Azərbaycan birinciliyi və çempionatı keçirib.

AZƏRTAC xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən fərqli çəki və yaş dərəcələrinə malik idmançılar iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qaliblər diplom və müvafiq medallarla təltif olunublar.

Çempionatın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gənclərə və idmançılara göstərdiyi diqqət və qayğını, ölkəmizin müstəqilliyi və tanıdılması istiqamətində gördüyü əvəzsiz işləri bir daha xatırlatmaq və bütün bunların gənclər arasında təbliğini həyata keçirmək, idmançıların üzərlərinə qoyduğu vəzifəni yerinə yetirməkdir.

Yarışın keçirilməsi haqqında danışan Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti Ceyhun Əşrəfovun sözlərinə görə, ulu öndər Heydər Əliyev daim gənclərin sağlam böyüməsi, idmanla məşğul olmasını təmin edən işlər həyata keçirib. O, gənclərimizə ölkənin gələcəyi kimi baxıb. Bizim federasiyamız da Ümummilli Liderin tapşırıqlarına daim əməl edərək öz üzərinə düşən vəzifələri yerinə yetirir.

“Belə yarışlar gənclərin daha sağlam, güclü, özünə inamlı və gələcəkdə Azərbaycanı bütün dünyada tanıtması üçün yaxşı zəmin yaradır. Eyni zamanda, biz ölkəmiz üçün gələcəyin məğrur və fiziki hazırlıqlı əsgərlərini hazırlayırıq”, - deyə Ceyhun Əşrəfov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.