REGİONLAR


Göygöldə uşaqlar məktəbəhazırlıq qruplarına cəlb olunurlar

A+ A

Göygöl, 15 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Göygöl rayon ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili davam edir.

AZƏRTAC xəbər verir ki, bu proses Göygöl rayonunun 16 ümumtəhsil məktəbində 25 qrupda aparılır.

Hazırda məktəbəhazırlıq qruplarında rayon üzrə 532 şagird təhsil alır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul olunub.

Dərslər ixtisası ibtidai sinif müəllimliyi olan, müəyyən iş təcrübəsinə malik, Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən təşkil edilən kurslardan müvəffəqiyyətlə keçən müəllimlər tərəfindən aparılır.

Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Bu qruplarda bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.