ELM VƏ TƏHSİL


Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Bakı, 1 avqust, AZƏRTAC

Əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə 2014/2015-ci tədris ilindən başlayaraq 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil gənclər üçün dövlət hesabına plan yerləri ayrılır. 2017/2018-ci tədris ili üçün də 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasına gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər sənədlərini avqustun 2-dən 10-dək DİM-ə və ya qurumun regional bölmələrinə təqdim etməlidirlər. Abituriyentlərdən tibbi sosial ekspert komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086), elektron ərizə kimi sənədlər tələb olunur.

Müsabiqə iyulun 5-də keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə görə iştirak edəcəklər.

Müsabiqədə ümumi balı 30-dan, ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.