REGİONLAR


Gözdən əlillər də səsvermə prosesindən kənarda qalmırlar

A+ A

Sumqayıt, 26 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sentyabrın 26-da saat 8-də Sumqayıtın bütün seçki məntəqələri ümumxalq səsverməsində (referendumda) iştirak edən vətəndaşlar üçün öz qapılarını açıb. Artıq şəhər tezdən məntəqələrdə seçicilərin böyük fəallıq göstərdiyi nəzərə çarpır.

AZƏRTAC xəbər verir ki, referendumun başlanmasına bir neçə saat qalmış şəhərin telekommunikasiya şəbəkəsinin əməkdaşları seçki məntəqələrinin sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, seçkilərin gedişini müşahidə etmək üçün quraşdırılmış 37 veb-kameranı bir daha yoxlayaraq müvafiq texniki avadanlığı tənzimləyib, onların sabit işləməsinin təmin edilməsi üçün zəruri tədbirlər görüblər. Şəhərin bütün məntəqələrində tibb, ana və uşaq otaqları fəaliyyət qöstərir. Həmçinin əlillərin referendum prosesində iştirak etmələri üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil olan şəxslər üçün isə Brayl əlifbası ilə xüsusi bülletenlər hazırlanıb.

Qeyd edək ki, ümumən Sumqayıt, o cümlədən şəhərin Corat və Zeynalabdin qəsəbələrinin də əhatə etdiyi ərazi üzrə 165 min 820 seçici qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.