İDMAN


“Grand Chess Tour” turnirinin iki günündən sonra Şəhriyar Məmmədyarov üçüncü yerdədir

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Parisdə keçirilən “Grand Chess Tour” turnirinin iki günündən sonra üçüncü yerdədir.

AZƏRTAC xəbər verir ki, rapid turnirində 6 turdan sonra 10 toplamış norveçli qrossmeyster Maqnus Karlsen yeganə liderdir. Amerikalı Hikaru Nakamura Karlsendən 1 bal geri qalır, Şəhriyar Məmmədyarov isə 8 xal ilə ilk üçlüyü qapayır. Sonrakı yerləri hərəsi 5 xal toplamış Uesli So (ABŞ) və Aleksandr Qrişşuk (Rusiya), aktivində 6 xal olan fransız Maksim Vaşye-Laqrav, rusiyalı Sergey Karyakin (5), bolqar Veselin Topalov (4), fransız Etyen Bakro (3) və amerikalı Fabiano Karuana (1) tutur. Parisdə keçirilən turnir iyunun 15-də başa çatacaq. Bu gün son üç turun oyunları olmalıdır. Xatırladaq ki, bu turnirdə 10 qrossmeyster rapid üzrə bir dövrə və blits üzrə iki dövrə oynayacaqlar.

Rapid yarışları iyunun 21-dən 23-dək (hər oyuna 25 dəqiqə + hər gediş üçün 10 saniyə), iyunun 24-25-də isə rəqiblər blits üzrə iki dövrə (5 dəqiqə + hər gediş üçün 3 saniyə) keçirəcəklər.

Rapiddə hər qələbəyə görə 2 xal, heç-heçəyə görə 2 xal: blitsdə isə qələbəyə görə 1 xal, heç-heçəyə görə 0,5 xal verilir.

Turnirin ümumi mükafat fondu 150 min dollardır.

2017-ci ildə “Grand Chess Tour” seriyası 5 mərhələdən ibarətdir:

20-25 iyun, Paris, Fransa (rapid və blits),

26 iyun -3 iyul, Belçika (rapid və blits),

31 iyul – 12 avqust, Sent-Luis, ABŞ (klassik şahmat),

13-20 avqust, Sent-Luis, ABŞ (rapid və blits),

dekabr, London, Böyük Britaniya (klassik şahmat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.