REGİONLAR


“Grand Qafqaz” Ticarət Kompleksində 10 min iş yeri açılacaq VİDEO

Gəncə, 9 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə 25 hektar ərazini əhatə edən, ölkəmizdə ən böyük ticarət mərkəzlərindən biri olan “Grand Qafqaz” Ticarət Kompleksinin tikintisi tamamlanmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, ticarət kompleksi 30 ikimərtəbəli, 58 birmərtəbəli binadan ibarət olacaq və burada 4 mindən çox mağaza fəaliyyət göstərəcək.

Bazarda 10 min nəfərin işlə təmin olunması nəzərdə tutulub. Nəhəng ticarət kompleksində bostan bitkiləri, meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də un məmulatları üçün ayrı-ayrı sektorlar olacaq. Burada balıqlar üçün böyük akvariumlar qurulacaq. Balıq məhsulları isə iri soyuducu anbarlarda saxlanılacaq.

Ticarət kompleksində həm kənd təsərrüfatı məhsullarının, həm də sənaye mallarının topdan və pərakəndə satışı təşkil olunacaq. Piştaxtalarda satışa çıxarılan məhsullar təyinatı üzrə ayrılan bölmələrdə müştərilərə təklif ediləcək. Burada, həmçinin insanların rahatlığı üçün hər cür şəraitə malik otel, restoran, kafe, əyləncə mərkəzi, kinoteatr, bank və sair fəaliyyət göstərəcək.

Hazırda tikintisi davam etdirilən bazarda 200 nəfərə yaxın işçi qüvvəsi çalışır. Tikintidə Gəncə üçün xarakterik olan bişmiş qırmızı kərpicdən istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.