DÜNYA


“Guardian” qəzeti “Facebook”un senzura qaydalarından yazıb

Bakı, 22 may, AZƏRTAC

Böyük Britaniyanın “Guardian” qəzeti istifadəçilərin səhifələrinin modernizə olunması barədə “Facebook” sosial şəbəkəsinin daxili qaydalarından bəhs edib.

AZƏRTAC xəbər verir ki, nəşr nifrət, terrorizm, irqçilik və kannibalizmin müzakirə olunması halları ilə əlaqədar şəbəkədə hansı məhdudiyyətlərin tətbiq edilməsinə dair 100-dən çox təlimatı nəzərdən keçirib.

Qaydalara əsasən, moderatorlar ilk növbədə konkret şəxslərə qarşı birbaşa təhdid daşıyan paylaşmaları mümkün qədər tez bir zamanda blok etməlidir. Kompaniyanın əməkdaşının nəşrə verdiyi məlumata görə, moderatorlara qərar qəbul etmək üçün cəmi 10 saniyə vaxt verilir.

“Facebook” bütün kontentə nəzarət edə bilmir. Bu, həddən artıq çoxdur və tez bir zamanda peyda olur”, - deyə şirkətin nümayəndəsi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.