DÜNYA
Güclü tufan Yaponiyaya ciddi zərər vurub VİDEO
Polisin məlumatına görə, Tottori prefekturasında 90 yaşlı bir kişi irriqasiya kanalında ölmüş vəziyyətdə aşkar edilib. Ehime prefekturasında isə 72 yaşlı bir kişi gölməçədə boğulub.
NHK televiziya kanalının yerli bürolarının verdiyi məlumata görə, tufanın keçdiyi ərazilərdə bir nəfər itkin düşüb, 90 nəfər isə xəsarət alıb. Tufanın 50-dən çox tikilini dağıtdığı və ya ciddi ziyan vurduğu bildirilir.
Oktyabrın 14-də səhər yerli hakimiyyət orqanları 500 mindən artıq insana təxliyə barədə xəbərdarlıq göndərib. Aviaşirkətlər həmin günə planlaşdırılan 80-dən çox yerli reysi təxirə salıb.
Yaponiya Meteorologiya İdarəsinin verdiyi xəbərə görə, ölkənin şimal-şərq sahillərinə çatan tufan güclü tropik qasırğaya, sonra aşağı təzyiq sahəsinə çevrilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]