DÜNYA


Güclü yağış İstanbulda həyatı iflic edib  VİDEO

İstanbul, 18 iyul, АZƏRTAC

İyulun 18-də səhər saatlarında İstanbulda başlayan güclü yağış şəhər təsərrüfatının normal idarə olunmasına ciddi əngəllər yaradıb. Küçələrdə güclü daşqınlar olub. Bəzi yerlərdə minik maşınları yağış sularının altında qalıb.

Şəhər rəhbərliyi vətəndaşlara küçələrə az çıxmağı, o cümlədən zərurət olmadıqda şəxsi avtomobillərlə hərəkət etməməyi tövsiyə edib.

İctimai nəqliyyatın qrafiki pozulub, elektrik və su təchizatında fasilələr yaranıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.