DÜNYA


Güclü yağışlar Yunanıstanda ciddi problemlər yaradıb

A+ A

Afina, 7 sentyabr, AZƏRTAC

Yunanıstanın qərbində baş vermiş güclü daşqınlar və külək nəticəsində suyun səviyyəsi 2 metr qalxıb. Nəticədə Katakolo şəhərinə, Kefaloniya və Zakintos adalarına ziyan dəyib.

Güclü küləklər ağacları qırıb, yollar su altında qalıb. İşıqforların işləməməsi nəqliyyatın hərəkətində də problemlər yaradıb. Daşqınlar nəticəsində üç nəfər həlak olub. İnsanlar təhlükəli ərazilərdən evakuasiya edilir. Yağışlar bir neçə gün davam edəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.