İDMAN


Güləş üzrə Avropa çempionatının üçüncü günündə yeniyetmə qızlar yarışırlar

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında Azərbaycanın 7 qadın güləşçisi – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Sevinc Əhədova (46 kq), Jalə Əliyeva (49 kq), Alina Zakoeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempion adı uğrunda yarışacaq.

Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar arasında qaliblər müəyyənləşir. Azərbaycan güləşçiləri bu gün 4 çəki dərəcəsində mübarizə aparır.

Yarışda 38 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərovanın ilk rəqibi türkiyəli Zehra Demirhan olacaq. Aynur Camalova (43 kq) Rumıniya güləşçisi Stefania-Claudia Priceputu, Jalə Əliyeva (49 kq) Rusiya təmsilçisi Alina Zokoyeva, Ceyla Nağızadə (56 kq) isə ukraynalı Alina Akobia ilə qarşılaşacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı İsveçin paytaxtında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.

Yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyulun 24-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.