İDMAN


Güləş üzrə Azərbaycan çempionatında daha altı çəki dərəcəsində qaliblər müəyyənləşib

A+ A

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatının ikinci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 18 yaşı tamam olan və yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakter daşıyan yarışda idman cəmiyyət, klub və təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan güləşçilər mübarizə aparırlar.

Yarışın ikinci günündə 164 pəhləvan gücünü sınayıb. Sərbəst güləş üzrə yarışlarda 86, 97 və 125 kiloqram çəki dərəcələrində 50, yunan-Roma güləşi üzrə mübarizədə isə 59, 66 və 71 kiloqram çəki dərəcələrində 114 atlet xalça üzərinə çıxıb.

Sərbəst güləş üzrə yarışlarda Aleksandr Qostiyev (86 kq), Nurməhəmməd Hacıyev (96 kq), Cəmaləddin Məhəmmədov (125 kq) qızıl medallar qazanıblar. Yunan-Roma güləşçiləri arasında isə Taleh Məmmədov (59 kq), Azad Əliyev (66 kq) və İslambek Dadov (71 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Çempionatın ikinci günündə qalib gələn idmançılar AGF tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.

Yanvarın 13-dək davam edəcək çempionatda ilk üç yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunacaq və il ərzində millinin qatılacağı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.