İDMAN


Güləş üzrə “Day of Children” beynəlxalq turniri başa çatıb

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

İranın İsfahan şəhərində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə “Day of Children” beynəlxalq turnirinə yekun vurulub. Sərbəst güləşçilərin yarışlarında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qırğızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərimiz turniri ikinci pillədə başa vurublar.

Qrup yarışlarında sərbəst güləşçilərimiz Qırğızıstana 8:2, Gürcüstana və Ermənistana isə 9:1 hesabı ilə qalib gəliblər. Yığmamız Ukrayna ilə 5:5 hesablı heç-heçə edib. Xalların sayına görə 22:18 hesabı ilə üstün olan güləşçilərimiz qrup mərhələsini lider kimi başa vuraraq finala vəsiqə qazanıblar. Finalda İran idmançılarına 7:3 hesabı ilə uduzan sərbəst güləşçilərimiz gümüş medalla kifayətlənməli olublar. Beləliklə, sərbəst güləş yarışlarında İran, Azərbaycan və Ukrayna idmançıları müvafiq olaraq ilk üç pillədə yer alıblar.

Yunan-Roma güləşi yarışında isə Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan yığmaları mübarizə aparıb. Qrup yarışlarında Türkmənistanı 10:0, Qırğızıstanı 9:1 üstələyən təmsilçilərimiz İran idmançılarına məğlub olublar. Bununla da güləşçilərimiz 9-cu yerdə qərarlaşıblar.

Yarışların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.