İDMAN


Güləş üzrə respublika birinciliyinin qalibləri müəyyənləşdirilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan, “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) sərbəst və yunan-Roma güləşi üzrə açıq respublika birinciliyi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, respublika birinciliyi 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil edilib. Birinciliyin keçirilməsinin əsas məqsədi mərkəzin yeniyetmələrdən ibarət yığma komandalarını formalaşdırmaq, perspektivli idmançıları aşkarlamaq və bu idman növünə uşaqların marağını artırmaq olub.

Sərbəst güləş üzrə yarışlarda ümumilikdə 300-dək, yunan-Roma güləşi üzrə yarışlarda isə 280-dək idmançı mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən sərbəst güləş üzrə komanda hesabında birinci yeri Abşeron Uşaq Gənclər İdman Mərkəzinin (UGİM), ikinci yeri “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Mərkəzinin (RİOEİM), üçüncü yeri Siyəzən rayon Uşaq-Gənclər İdman Mərkəzinin (UGİM) komandaları qazanıblar.

Yunan-Roma güləşi üzrə isə komanda hesabında birinci yeri “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-in, ikinci yeri Beyləqan rayon UGİM-in, üçüncü yeri isə “Təhsil” RİM-in Sumqayıt filialının komandaları tutublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.