İDMAN


Güləşçilərimiz Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar

Bakı, 21 aprel, AZƏRTAC

Güləş üzrə ölkə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, böyüklərdən ibarət yunan-Roma və sərbəst güləş üzrə yığma komandalarımız məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında keçirirlər.

Aprelin 17-dən Ukraynaya yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıqları davam etdirəcəklər.

Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə aprelin 17-dən başlayıb və 30-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 2-7-də Serbiyanın Novi Sad şəhərində başa tutacaq. Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışları isə mayın 17-21-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.