İDMAN


Güləşçilərimiz “Qitələrarası Kubok” beynəlxalq turnirində 1 gümüş medal qazanıblar VİDEO

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC 

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, pəhləvanlarımız turniri 1 gümüş medalla başa vurublar.

Turnirdə 65 kiloqram çəkidə mübarizə aparan Məhəmməd Müslümov finaladək bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli idmançı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.

Eyni çəki dərəcəsində mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.