İDMAN
Güləşçilərimiz Şərif Şərifov və Hacı Əliyev dörddəbir finala vəsiqə qazanıb
Bakı, 20 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının ikinci günündə Azərbaycan idmançısı Şərif Şərifov ilk görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, güləşçimiz İraq təmsilçisi Al Muşattat Nazar Cabur Busi ilə qarşılaşıb. Səksən altı kiloqram çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov 10:0 hesabı ilə qalib gələrək dörddəbir finala vəsiqə qazanıb.
Sərbəst güləş yarışlarında digər təmsilçimiz Hacı Əliyev (61 kq) də ilk görüşündən qələbə ilə ayrılıb. İdmançımız birinci qarşılaşmada Türkmənistan təmsilçisi Saparmurat Myradov ilə üz-üzə gəlib. Güləşçimiz rəqibini vaxtından əvvəl tam üstünlüklə məğlub edərək (10:0) dörddəbir final mərhələsinə yüksəlib.