İDMAN


Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC 

Dağıstanda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının mükafatçısı Yusup Abdusalamovun adına təşkil edilən sərbəst güləş üzrə VII açıq Respublika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olublar.

74 kiloqram çəki dərəcəsində mübarizə aparan “Rio-2016”nın bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə o, yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazanıblar. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.